Bank Of Baku

Azərbaycanda ipoteka istiqrazlarının ilk tranşı yerləşdirilib

Azərbaycanda ipoteka istiqrazlarının ilk tranşı yerləşdirilib
# 17 iyun 2009 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının ilk tranşının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi uğurla həyata keçirilib. BFB-dan «APA-Economics»ə verilən məlumatına görə, hərraca ilkin olaraq 15 mln. manat həcmində istiqraz çıxarılıb.

Hərracda iştirak edən 8 investor tərəfindən təqdim olunmuş sifarişlərin ümumi həcmi 21,991 mln. manat təşkil edib. Nəticədə, istiqrazların hərraca çıxarılan həcmi tam şəkildə yerləşdirilib.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydiyyata alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, istiqrazın nominal dəyəri 1 min manat, istiqrazlar üzrə gəlirlilik llik 3% təşkil edir. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da həyata keçiriləcək.

İstiqrazlar üzrə emissiya prospektinə əsasən, hesablanmış faizlərin ödənilməsi 180 günlük dövriliklə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR