Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası investorlar üçün sərgi keçirəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası investorlar üçün sərgi keçirəcək
# 17 iyun 2009 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabr ayının 7-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə Bakıda investorlar üçün sərgi təşkil olunacaq.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, sərgidə yerli və xarici kapitallı bank və qeyri-bank kredit təşkilatları, həmçinin mikromaliyyə təşkilatları iştirak edəcək.

AMA-dan bildirilib ki, sərgidə dünyanın aparıcı 15 xarici investor təşkilatının da iştirakı gözlənilir. Hazırda bu istiqamətdə assosiasiya ilə həmin təşkilatlar arasında danışıqlar aparılır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR