Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti keyfiyyət menecment sistemi üzrə təkrar sertifikasiyadan keçib

Beynəlxalq Sığorta Şirkəti keyfiyyət menecment sistemi üzrə təkrar sertifikasiyadan keçib
# 17 iyun 2009 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) ISO 9001:2008 keyfiyyət menecment sistemi üzrə təkrar sertifikasiya auditindən keçib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, audit SGS şirkətinin Bakı nümayəndəliyi olan «SGS Taşkent» auditorunun iştirakı ilə keçirilib.

Xatırladaq ki, BSŞ beynəlxalq standartlara uyğunluğuna dair ilk sertifikatı 2006-cı ildə alıb.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 3,04 mln. manat, ödənişləri isə 0,86 mln. manat olub. Şirkətin ölkə üzrə məcmu sığorta daxilolmalarındakı xüsusi çəkisi 7,1%, ödənişlərdə isə 8,3% təşkil edib.

«APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə (2009-cu ilin I rübü) BSŞ sığorta haqlarına görə dördüncü, ödənişlərə görə isə beşinci yerdə qərarlaşıb.

Xatırladaq ki, nizamnamə kapitalının (8,8 mln. manat) həcminə görə şirkət sığorta təşkilatları sırasında ilk yeri tutur.

Hazırda şirkət 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR