Bank Of Baku

Avropa İttifaqı-Azərbaycan ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin iclası keçirilib

Avropa İttifaqı-Azərbaycan ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin iclası keçirilib
# 17 iyun 2009 08:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin VIII iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycan tərəfindən İqtisadi İnkişaf, Xarici İşlər, Maliyyə, Ədliyyə, Vergilər, Kənd Təsərrüfatı, Səhiyyə, Sənaye və Energetika nazirlikiləri, həmçinin Mərkəzi Bank, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Statistika Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Müəllif Hüquqları Agentliyinin nümayəndələri iştirak ediblər. Avropa İttifaqını isə iclasda Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Allan Vaddamsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə ticarət əlaqələrinin inkişafı, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq və inkişaf perspektivləri müzakirə olunub.

İclasda həmçinin Azərbaycanda həyata keçirilən islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib və qeyd olunub ki, qlobal maliyyə böhranı şəraitində valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər böhranın Azərbaycan iqtisadiyyatına təsirini neytrallaşdırıb.

Bundan başqa, tədbirdə danışıqlar çərçivəsində ölkə qanunvericiliyinin Avropa İttifaqının tələblərinə yuğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Altkomitə bu sahədə görülən ardıcıl fəaliyyəti dəstəklədiyini və bu istiqamətdə səylərin gücləndirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR