Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının not emissiyasının yalnız 36%-i yerləşdirilib

Azərbaycan Mərkəzi Bankının not emissiyasının yalnız 36%-i yerləşdirilib
# 17 iyun 2009 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən buraxılan qısamüddətli notların yerləşdirilməsi üzrə 2009-cu ilin I rübündə 11 hərrac keçirilib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB tərəfindən hazırlanmış «2009-ci ilin I rübünün yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında hesabat»da bildirilir. Sənədə əsasən, emissiyanın ümumi həcmi 375 mln. manat, yerləşdirilmiş notların həcmi isə 135 mln. manat (emissiya həcminin 36%-i) təşkil edib.

Mərkəzi Bankın qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik azalaraq dövrün əvvəlində keçirilmiş ilk hərracdakı 4,26%-dən sonuncu hərracda 2,61%-dək enib. Notlar üzrə təkrar bazarın həcmi 35,9 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 49% çoxdur.

Hesabatda qeyd olunur ki, bankların likvid vəsaitlərə ehtiyacını, onların müştərilər qarşısında öhdəliklərinin vaxtında icrasını təmin etmək məqsədilə dövr ərzində aparılmış REPO əməliyyatlarının həcmi 1 359,1 mln. manat təşkil edib. Cari ilin I rübü ərzində əks-REPO əməliyyatı keçirilməyib.

Qeyd edək ki, Mərkəzi Bankın notları pul siyasətinin bir aləti olaraq pul kütləsinin sterilizasiyası üçün istifadə olunur. Yəni, bank sistemində mövcud olan artıq likvidlik notların yerləşdirilməsi vasitəsilə açıq bazardan yığılır. Ötən ilin sonundan başlayaraq isə Azərbaycan bank sistemində likvidlik problemi yaşanır ki, sterilizasiya əvəzinə Mərkəzi Bank müxtəlif bazar və inzibati üsullarla bank sektorunda likvidliyin artırılması üçün tədbirlər keçirir. Məsələn, ehtiyat normaları azaldılıb ki, bank sisteminə müəyyən dərəcədə likvidlik təmin olunsun. Aydındır ki, bu halda hər hansı əlavə likvidliyin bazardan yığılması zərurəti aradan qalxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR