Bank Of Baku

«Turan Bank» Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin II fazasının iştirakçısı seçilib

«Turan Bank» Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin II fazasının iştirakçısı seçilib
# 17 iyun 2009 08:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda Korporativ İdarəetmə Layihəsinin (AKİL) II fazasının növbəti pilot təşkilatı müəyyənləşib.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, II fazanın növbəti pilot təşkilatı kimi Azərbaycanın «Turan Bank» Səhmdar Kommersiya Bankı seçilib. «Turan Bank» IFC-nin AKİL-II proqramına qoşulan ilk bank təşkilatıdır. IFC şirkətin korporativ idarəetmə təcrübəsini qiymətləndirəcək, onun təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görəcək.

IFC bu təşkilatın direktorları, menecerləri və əsas səhmdarları üçün konsultasiyalar və təlimlər keçirəcək. Bundan əlavə, IFC sənədlərin təkmilləşdirilməsi, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsi, daxili nəzarət və daxili audit funksiyasının yaxşılaşdırılması işində yardım edəcək.

Qeyd edək ki, AKİL Azərbaycanda 2005-ci ildən həyata keçirilir. Layihənin II fazasına isə ötən ilin yay aylarında start verilib. İkinci fazanın ilk pilot təşkilatı «CredAgro» qeyri-bank kredit təşkilatı olub. Layihə Azərbaycan şirkətlərinin həyata keçirdiyi əməliyyatların gücləndirilməsi və investisiya cəlb etmək imkanlarının genişləndirilməsində yerli şirkət və banklara yardım edir.

Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin aprelin 1-nə Bankın aktivlərinin həcmi 80,563 mln. manat, depozit portfeli 20,982 mln. manat, kredit portfeli 64,69 mln. manat, məcmu kapitalı 18,803 mln. manata, o cümlədən nizamnamə kapitalı 17 mln. manat təşkil edib. Hazırda Bankın ölkə üzrə 11 filialı, 23 mübadilə məntəqəsi, 9 bankomatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR