Bank Of Baku

USAID «Bank of Azerbaijan»nın kredit mütəxəssisləri üçün treninqlərə başlayıb

USAID «Bank of Azerbaijan»nın kredit mütəxəssisləri üçün treninqlərə başlayıb
# 17 iyun 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) kredit mütəxəssisləri üçün treninqlərə start verilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, beşgünlük treninqlər «Kiçik və orta biznesdə nağd vəsait axınının təhlili və proqnozu», «Kiçik və orta biznes üçün nağd vəsait axınının aylıq proqnozu», «Əmsallardan istifadə və maliyyə hesabatları ilə əlaqə», «Qısamüddətli aktivlərin dəyərinin hesablanması», «Nağd vəsait axınının proqnozları: Təhlil və təmayüllər; dəyişikliklərin təsirinin təhlili» mövzularını əhatə edəcək.
Qeyd edək ki, USAID-in kredit üzrə mütəxəssisi Cen Beriş tərəfindən keçirilən treninqlər agentliyin ölkədə kiçik və orta sahibkarlığın inkişafına həsr olunmuş layihəsi çərçivəsində təşkil olunub.
Bu layihə çərçivəsində «Bank of Azerbaijan» ölkə bankları arasında qrant almış bir neçə bankdan biridir ki, bunun da əsasında banka «Chemonics International Inc.» tərəfindən texniki dəstək göstərilir.
Texniki dəstək il boyunca bir neçə mərhələdə aparılacaq ki, bura bankın kredit mütəxəssisləri üçün treninqlərin keçirilməsi, kreditləşmənin yeni bank standartlarının işlənib hazırlanması məqsədilə konsaltinq xidmətlərinin göstərilməsi, mövcud məhsulların optimallaşdırılması və yeni məhsulların inkişaf etdirilməsi daxildir.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR