Bank Of Baku

«Parex Leasing & Factoring» şirkətinə yeni icraçı direktor təyin olunub

«Parex Leasing & Factoring» şirkətinə yeni icraçı direktor təyin olunub
# 17 iyun 2009 10:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinə yeni icraçı direktor təyin edilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər də «Parex Leasing» şirkətində çalışmış İqor Asipenko təyin edilib.

Qeyd edək ki, İ.Asipenkodan əvvəl bu vəzifəni Rəşad İsmayılov icra edib. Hazırda isə R.Əhmədovun Azərbaycanda fəaliyyət göstərən Rusiya kapitallı bankların birində çalışdığı bildirilir.

Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 38,849 mln. manat, məcmu kapitalı 395,097 min manat, nizamnamə kapitalı 40,770 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR