İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin çıxarılmasını nəzərdə tutur.
Bu əmsalın hesablanması bankların maliyyə likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.04.2009-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Kredit / Depozit | |
1 | Debut Bank | 29,88 |
2 | Qafqaz İnkişaf Bankı | 16,67 |
3 | AccessBank | 7,88 |
4 | NBCBank | 7,33 |
5 | Gəncə Bank | 7,10 |
6 | Günay Bank | 5,95 |
7 | Atrabank | 5,88 |
8 | Azərbaycan Kredit Bankı | 5,53 |
9 | UniBank | 3,21 |
10 | Turan Bank | 3,09 |
11 | Azərnəqliyyatbank | 3,07 |
12 | Deka Bank | 3,00 |
13 | Nikoil Bank | 2,95 |
14 | Azerdemiryolbank | 2,76 |
15 | United Credit Bank | 2,71 |
16 | Texnikabank | 2,58 |
17 | Bank Standard | 2,50 |
18 | Kredo Bank | 1,97 |
19 | Bank of Azerbaijan | 1,79 |
20 | Bank Respublika | 1,78 |
21 | Bank of Baku | 1,74 |
22 | Xalg Bank | 1,63 |
23 | Azərbaycan Sənaye Bankı | 1,58 |
24 | AGBank | 1,48 |
25 | Azərbaycan Beynəlxalq Bankı | 1,42 |
26 | Muğan Bank | 1,35 |
27 | Royal Bank | 1,32 |
28 | Melli İran Bankı Bakı | 1,29 |
29 | Əmrahbank | 1,27 |
30 | Zamin Bank | 1,24 |
31 | Bank Avrasiya | 1,19 |
32 | Para Bank | 1,15 |
33 | Rabitabank | 0,96 |
34 | Kapital Bank | 0,96 |
35 | AtaBank | 0,88 |
36 | Azər-Türk Bank | 0,87 |
37 | YapıKredi Bank Azerbaijan | 0,46 |
38 | Paşa Bank | 0,05 |
39 | Azfinansbank | - |
40 | Kövsər Bank* | - |
«Kövsər Bank»* - Bank İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Likvidlik əmsalına gəldikdə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır.
Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olарsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifдир.
Renkinqdən göründüyü kimi, adları çəkilən 40 bankdan yalnız 4-də («Bank Avrasiya», «Para Bank», «Rabitəbank» və «Kapital Bank») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər.
Qeyd edək ki, siyahıya başçılıq edən «Debut Bank», «Qafqaz İnkişaf Bankı» və «Accessbank»da bu əmsal təxminən 7-30 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 7-30 dəfə (!) üstələyir. Lakin nəzərə almaq lazımdır ki, ötən ilin sentyabr ayınadək Azərbaycan Mikromaliyyələşdirmə Bankı adı altında fəaliyyət göstərən «AccessBank» məhz kreditləşmə sahəsi üzrə ixtisaslaşıb və dünyanın aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilir. Digər tərəfdən, bank depozitlərin qəbuluna nisbətən yenicə başlayıb.