Bank Of Baku

«Xalq Bank» yeni filial açmağa hazırlaşır

«Xalq Bank» yeni filial açmağa hazırlaşır
# 17 iyun 2009 10:40 (UTC +04:00)
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın «Neftçilər» adlı yeni filialının ofisi Q.Qarayev pr-ti,70B ünvanında yerləşir.

«Neftçilər» filialında bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, depozit kredit əməliyyatları, pulköçürmələr, plastik kartlarla iş, valyuta mübadiləsi və digər bank xidmətləri göstəriləcək.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir. Bunun 7-si regionlarda (Gəncə, Zaqatala, Sumqayıt, Neftçala, Cəlilabad, Yevlax və Mingəçevir) yerləşir.

Bank bu ilin sonunadək 5 yeni filial (Bakı, Xaçmaz, Lənkəran, İsmayıllı və Dəvəçi) açmaq niyyətindədir.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 386,153 mln. manat, depozit portfeli 209,476 mln. manat, kredit portfeli 341,894 mln. manat, məcmu kapitalı 62,311 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR