Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri may ayında 2,5% artıb

Azərbaycanda əhalinin bank əmanətləri may ayında 2,5% artıb
# 17 iyun 2009 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən bank-kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 17,1% artaraq may ayının 1-i vəziyyətinə 1,9 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 691,2 mln. manatı milli, 1 174,6 mln. manatı xarici valyuta şəklində qoyulub, xarici valyutada olan əmanətlərin xüsusi çəkisi isə əvvəlki ildəki 52,7%-dən 63%-dək yüksəlib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, təkcə bu ilin may ayında əhalinin banklardakı depozitləri ötən ayla müqayisədə 2,5% artıb.

Qeyd edək ki, 2009-cu ilin may ayında milli valyutanın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,51 manat, 1 avroya 1,09 manat olub. İlin əvvəlində isə məzənnələr müvafiq olaraq 0,80 manat, 2,41 manat və 1,06 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR