Bank Of Baku

«AGLeasing» son bir ildə lizinq portfelini 89% artırıb

«AGLeasing» son bir ildə lizinq portfelini 89% artırıb
# 17 iyun 2009 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin iyun ayının 1-nə 11,907 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 89,1% çoxdur.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin bağladığı lizinq müqavilələrin sayı 15,6% artaraq 141-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 4% artaraq 11,956 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində şirkətin nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat təşkil edib.

Lizinq portfelinin strukturuna gəldikdə isə tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» (35%), Böyük Britaniyanın «Hyperion İnvestments» (30%), «MilioLeasing» (10%) və ABŞ-ın «Delta Trans Group LLC» (25%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR