Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, tədiyyə balansının cari əməliyyatlar hesabında yaranmış profisit son bir ildə 2,05 dəfə azalaraq 1 795,1 mln. dollar təşkil edib.
Mərkəzi Bankın şərhinə əsasən, bunun da əsas səbəbi xarici ticarət balansının müsbət saldosunun 2,8 dəfə azalması ilə bağlıdır. Tədiyyə balansının sektoral təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi 2009-cu ilin yanvar-mart aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, mexanizm və digər texnoloji avadanlıqların, xidmətlərin idxalının maliyyələşdirilməsinə sərf olunan vəsaitləri əks etdirir.
Mərkəzi Bankın hesablamalarına görə, cari ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə azalaraq 2,4 mlrd. dollar səviyyəsinə düşüb. Bu, əsasən dünya bazarında xam neftin qiymətinin müqayisə olunan dövrə nisbətən 2,4 dəfə azalması nəticəsində ölkədən ixrac olunan neftin ümumi dəyərinin və bu sektora cəlb olunan birbaşa xarici investisiyaların və kreditlərin ümumi məbləğinin 2 dəfə azalması ilə bağlıdır. Bu isə iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatının tam maliyyələşməsini təmin etməyib və nəticədə, xarici valyuta ehtiyatlarından istifadə olunub.
Tədiyyə balansının əsas göstəriciləri:
| I rüb, 2008-ci il | I rübü, 2009-cu il |
I.Cari əməliyyatlar II.Kapitalın və maliyyənin III.Tədiyə balansının | ||
(mln. ABŞ dolları)
Cari ilin birinci rübündə xarici ticarət dövriyyəsi 5,1 mlrd. dollar təşkil edib və xarici ticarət balansı 2,1 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Yanvar-mart aylarında Azərbaycanın dünyanın 108 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 13,3%-i MDB ölkələri, 86,7%-i isə digər xarici dövlətlərin payına düşür.
Yanvar-mart ayları ərzində əmtəə ixracı 3,6 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 88,4%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 3,2 mlrd. dollar həcmində neft məhsulları ixrac olunub. İxrac olunmuş bütün neft məhsullarının 245,6 mln. dolları neft emalı məhsulları, 2,9 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 2,7 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. Bunun da 2 021,6 mln. dolları Azərbaycanın payına düşən, 636,1 mln. dolları isə «Əsrin müqaviləsi» ilə bağlı konsorsiumun xarici səhmdarlarının payına düşən neftin dəyəridir.
(mln. ABŞ dolları)
İxracın strukturu | ||
| 2008-ci ilin I rübü | 2009-cu ilin I rübü |
Yanacaq-xammal məhsulları | 7 097,7 | 3 201,3 |
- neft məhsulları | 6 972,4 | 3 171,5 |
-digər xammal | 125,3 | 29,8 |
Maşın və avadanlıq | 31,0 | 39,1 |
İstehlak malları | 100,7 | 97,8 |
Digər mallar | 7,6 | 249,4 |
İxrac cəmi | 7 237,0 | 3 587,6 |
Cari ilin yanvar-mart ayları ərzində istehlak mallarının idxalının ümumi dəyəri 1 477 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artıqdır:
(mln. ABŞ dolları)
İdxalın strukturu | ||
| 2008-ci ilin I rübü | 2009-cu ilin I rübü |
İstehlak malları | 587,1 | 633,1 |
- ərzaq məhsulları | 204,1 | 231,5 |
- qeyri-ərzaq məhsulları | 383,0 | 401,6 |
İnvestisiya yönümlü mallar | 162,1 | 179,4 |
Digər mallar | 671,7 | 664,5 |
İdxal cəmi | 1 420,9 | 1 477,0 |
Fiziki şəxslər tərəfindən idxal (293,1 mln. dollar) və humanitar mallar (6,2 mln. dollar) da nəzərə alınmaqla, 2009-cu ilin yanvar-mart ayları ərzində Azərbaycana 633,1 mln. dollar məbləğində istehlak malları gətirilib. Bunun da 36,6%-i ərzaq məhsullarının payına düşür. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 12,1% təşkil edərək 179,4 mln. dollar olub. Bunun 72,2%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edir. Bundan başqa, ölkəyə ümumi məbləği 664,5 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.