Bank Of Baku

Azərbaycanda bank kreditləri son bir ildə 20% artıb

Azərbaycanda bank kreditləri son bir ildə 20% artıb
# 17 iyun 2009 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına və son istehlak məqsədlərinə ayrılmış kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4% və ya 1,1 mlrd. manat artaraq 2009-cu ilin may ayının 1-nə 6,3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 38,5%-i dövlət, 58,7%-i özəl banklar, 2,8%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 66,6%-ni uzunmüddətli kreditlər təşkil edib. Qısamüddətli kreditlərin həcmi 2 096,9 mln. manat, uzunmüddətli kreditlərin həcmi isə 4 181,5 mln. manat təşkil edib və ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ayrılan kredtilərin həcmi müvafiq olaraq 14,3% və 23,6% artıb.

Ödənilmə vaxtı keçmiş kreditlərin məbləği isə 200,8 mln. manat olub ki, bu da ümumi kreditləşmənin 3,2%-ni təşkil edir və ötən ili müvafiq dövrünə nisbətən 85,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankın təqdim etdiyi məlumata görə isə, 2009-cu ilin yanvar-may aylarında dövriyyəyə 6,8 mlrd. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 7,6 mlrd. manat daxil olub və 792,8 mln. manat ehtiyat fonduna qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR