Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin icrasında ÜDM-in 2,9%-i qədər profisit yaranıb

Azərbaycan dövlət büdcəsinin icrasında ÜDM-in 2,9%-i qədər profisit yaranıb
# 17 iyun 2009 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,2 mlrd. manat, xərcləri 3 mlrd. manat təşkil edib və büdcənin icrasında 261,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 2,9%-i qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, vergi gəlirlərinin 46,6%-i əlavə dəyər vergisindən, 26,4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 12,4%-i fiziki şəxslərin gəlir vergisindən, 4,8%-i aksiz vergisindən, 4,6%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Cari ilin ilk dörd ayı ərzində büdcədən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,5% çox vəsait xərclənib. Həmin vəsaitin 1,4 mln. manatı (47,2%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 378,2 mln. manatı (12,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 405,2 mln. manatı (13,6%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 30,3%-ni (900,4 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR