Bank Of Baku

«Azerdemiryolbank» paytaxtda yeni filial açıb

«Azerdemiryolbank» paytaxtda yeni filial açıb
# 17 iyun 2009 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azerdemiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda daha bir filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, Zahid Xəlilov küçəsi,48A ünvanında yerləşir.

Yeni filialda beynəlxalq təcili pul köçürmələr, kommunal (işıq, qaz, su) və rabitə operatorlarının xidmətlərinin ödənişləri, plastik kartlarla iş, hesablaşma-kassa əməliyyatları, əmanətlərin və depozitlərin cəlb olunması, kreditlərin verilməsi, «MasterCard» və «VİSA» beynəlxalq kart məhsullarının satışı, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.

Qeyd edək ki, bununla da «Azərdəmiryolbank»ın filial və şöbələrinin ümumi sayı 32-yə çatıb ki, bunlardan 14-ü Bakıda, 18-i isə ölkənin müxtəlif regionlarında yerləşir.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR