Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlərin hesabına formalaşıb:
(mln. dollar)
Cəlb olunan xarici kapitalın strukturu | ||
| I rüb, 2008-ci il | I rüb, 2009-cu il |
Birbaşa investisiyalar | 1 006,2 | 760,7 |
- neft-qaz sektoru | 820,0 | 510,8 |
- digər sektorlar | 186,2 | 249,9 |
Kreditlər və digər investisiyalar | 760,3 | 321,5 |
- dövlət təminatlı kreditlər | 32,7 | 86,8 |
- dövlət təminatlı olmayan kreditlər | 694,0 | 127,8 |
-- neft-qaz sektoru | 495,6 | 26,3 |
-- banklar | 118,1 | 84,0 |
-- digərləri | 80,3 | 17,5 |
- digər investisiyalar | 33,6 | 106,9 |
CƏMİ | 1 766,5 | 1082,2 |
Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 760,7 mln. dollar olub və bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 67,1% təşkil edir. Öz növbəsində, həmin sərmayələr iri neft-qaz layihələri, əsasən «Şahdəniz» layihəsi və «Azəri-Çıraq-Günəşli» yataqlarında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.
Birbaşa investisiyalar üzrə xaricə yönəldilmiş və repatriasiya olunmuş sərmayələrin ümumi həcmi isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 69,8% azalaraq 658,5 mln. dollar təşkil edib. Bu azalmanın səbəbi «Əsrin müqaviləsi» çərçivəsində ABƏŞ-in fəaliyyəti ilə bağlı əvvəlki dövrlərdə ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyalar üzrə kapitalın repatriasiyasının başa çatması ilə bağlıdır. Belə ki, 2008-ci ilin müvafiq dövründə neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyaların həcmi 2 mlrd. dollar məbləğində olduğu halda, 2009-cu ilin yanvar-mart aylarında bu göstərici 3,3 dəfə azalaraq 605,6 mln. dollar səviyyəsinə düşüb.