Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 18 iyun 2009 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 75 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Rabitəbank»ın səhmlərin yerləşdirilməsinə artıq iyun ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 17,7% artaraq 10 mln. manata çatacaq.

Qeyd edək ki, «Rabitəbank» 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 85,605 mln. manat, depozit portfeli 67,717 mln. manat, kredit portfeli 65,185 mln. manat, məcmu kapitalı 12,027 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,5 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 22 filialı, 4 mübadilə məntəqəsi, 22 bankomatı və 92 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR