Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artması davam edir

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksinin artması davam edir
# 18 iyun 2009 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-may ayları üzrə 1,43 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-aprel ayları ilə müqayisədə 0,02 bənd artıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətdir. Beləliklə, bu nisbət 1 rəqəmdən aşağı olduğu halda əhalinin alıcılıq qabiliyyəti mənfi hesab oluna bilər, çünki bu halda əhalinin gəlirləri malların alınması və xidmətlərin ödənilməsini təmin edə bilmir. Beləliklə, yanvar-may ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətini (mal və xidmətlər) 43% üstələyir.

Qeyd edək ki, ötən ilin yanvar-aprel ayları və bütünlüklə 2008-ci ilin yekunlarına görə, alıcılıq qabiliyyəti indeksləri 1,41 bəndə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR