Bank Of Baku

«NBCBank» nizamnamə kapitalını kəskin artırır

«NBCBank» nizamnamə kapitalını kəskin artırır
# 18 iyun 2009 07:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «NBCBank» ASC-nin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 104 manat, sayı 149 984 ədəd, emissiyanın ümumi həcmi isə 15 598 336 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «NBCBank»ın səhmlərinin yerləşdirilməsinə artıq iyun ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2,15 dəfə artaraq 29 187 336 manata çatacaq.

Qeyd edək ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb. Və 2002-ci ildə brendini dəyişib. Bu ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 40,425 mln. manat, depozit portfeli 4,7 mln. manat, kredit portfeli 34,437 mln. manat, məcmu kapitalı 15,561 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 7 filialı, 8 mübadilə məntəqəsi, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR