Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi avtomatlaşdırılmış sistemin tətbiqinə dair tender keçirir

Azərbaycan Maliyyə Nazirliyi avtomatlaşdırılmış sistemin tətbiqinə dair tender keçirir
# 18 iyun 2009 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi dövlət büdcəsinin tərtibi zamanı sosial-mədəni tədbirlər üzrə büdcə proqnozlaşdırılmasında avtomatlaşdırılmış sistemin tətbiqi məqsədilə tender elan edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin iyulun 30-dək təqdim etməlidirlər.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası iyulun 31-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 404-47-27.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR