Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin növbəti iclası payızda keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin növbəti iclası payızda keçiriləcək
# 18 iyun 2009 07:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran müştərək sığorta şirkətinin səhmdarlarının Bakıda keçirilən son yığıncağında şirkətin ləğvi ilə bağlı konkret qərar qəbul olunmayıb.

«Azər-Asiya» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin ləğvinə dair komissiyanın yaradılmasına iranlı səhmdarlar razılıq verməyib. İranlı səhmdarlar toplantıya qatılmadığı üçün səsvermə zamanı ləğvetmə komissiyasının yaradılması məsələsi üzrə yetərsay toplanmayıb.

Şirkətdən bildirilib ki, iranlı səhmdarlar yerli səhmdarlarla bu komissiyanın yaradılması, həmçinin digər məsələlərin həlli üçün növbəti iclasın üç aydan sonra keçirilməsi ilə razılaşıblar.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub. Səhmdarlar isə yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdır.

Qeyd edək ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR