Bank Of Baku

Dünya maliyyə böhranı «Azərqarant» sığorta şirkətinin daxilolmalarına mənfi təsir göstərib

Dünya maliyyə böhranı «Azərqarant» sığorta şirkətinin daxilolmalarına mənfi təsir göstərib
# 18 iyun 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünya maliyyə böhranı ilə əlaqədar «Azərqarant» sığorta şirkətinin bank kreditləri üzrə sığorta daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% azalıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, azalma tendensiyası «Əmlak sığortası», «Avtomobil sığortası» və kredit götürənin «Fərdi qəza sığortası» növləri üzrə müşahidə olunur. «Maliyyə böhranı ilə bağlı şirkətin ümumi sığorta polislərinin sayında da azalma hiss olunur. Qeyd edim ki, sığorta haqlarında ilin əvvəlindən indiyədək ciddi bir artım olmayıb. Sığorta yığımları üzrə artımın olub-olmaması bu ilin ikinci rübünün yekunlarından sonra dəqiqləşəcək», - deyə Ş.Hüseynov bildirib.

Ş.Hüseynovun fikrincə, şirkətin sığorta daxilolmalarındakı artımı yalnız bu ilin sonuncu rübündə hiss etmək mümkün olacaq: «İl ərzində toplanacaq yığımlarla bağlı proqnoz vermək hələlik tezdir».

Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-mart aylarında şirkətin sığorta haqlarının həcmi 144,476 min manat, ödənişləri 38,680 min manat, nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR