Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,4% azalıb
# 18 iyun 2009 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 117 ölkə ilə ticarət əlaqələri qurub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 5 354,3 mln. ABŞ dolları, o cümlədən ixrac 3 537,1 mln. dollar, idxal isə 1 817,2 mln. dollar təşkil edib. Nəticədə, 1 719,9 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi faktiki qiymətlərlə 7,4%, ixrac 8,3%, idxal 5,6%, müqayisəli qiymətlərlə isə müvafiq olaraq 4,9%, 3,9% və 7,4% azalıb.

Dövriyyənin 44,8%-i, o cümlədən ixracın 52,6%-i, idxalın isə 29,7%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsinin həcmi keçən ilin yanvar-aprel aylarının göstəricisindən 16,3%, ixrac 21,5%, idxal isə 1,4% çox olub.

Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət dövriyyəsinin həcmi 361,4 mln. dollar, o cümlədən idxal 183,5 mln., ixrac 177,9 mln. dollar təşkil edib, 2008-ci ilin yanvar-aprel aylarına nisbətən dövriyyə 7,8%, idxal 43,2% artıb, ixrac isə 14,2% azalıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 22%-i İtaliya, 9,7%-i ABŞ, 8%-i Rusiya, 7,8%-i Fransa, 5,5%-i İsrail, 4,8%-i Türkiyə, 4,3%-i Almaniya, 3,4%-i Ukrayna, 3,4%-i Gürcüstan, 2,6%-i Böyük Britaniya, 2,5%-i Kanada, 2,4%-i İndoneziya, 2,3%-i Koreya, 1,9%-i Çin, 19,4%-i isə digər ölkələrlə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR