Bank Of Baku

«AzEuroTel» ADSL texnologiyası ilə internetə məhdudiyyətsiz çıxış xidmətlərini ucuzlaşdırıb

«AzEuroTel» ADSL texnologiyası ilə internetə məhdudiyyətsiz çıxış xidmətlərini ucuzlaşdırıb
# 18 iyun 2009 09:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AzEuroTel» Azərbaycan-Britaniya Birgə Müəssisəsi ADSL texnologiyası ilə internetə çıxış xidmətlərinə 50%-lik güzəşt elan edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, internetə məhdudiyyətsiz çıxış xidmətinin yeni qiymətləri tarif paketindən asılı olaraq aşağıdakı kimi müəyyən edilib:

Paketin adı

Sürət, Kbт/s (down/up)

Aylıq abunə haqqı, AZN

AET Freestyle 512

512 / 512

40

AET Freestyle 1024

1024 / 512

75

AET Freestyle 1536

1536 / 512

110



Qeyd edək ki, endirim ADSL texnologiyası ilə internetə məhdudiyyətsiz çıxış xidmətindən istifadə edən müştərilər üçün daimi olaraq tətbiq edilir.

Xatırladaq ki, «AzEuroTel» Birgə Müəssisəsi 1995-ci ildə Azərbaycan Rabitə Nazirliyi (50%) ilə «LUKoil Europe Ltd.» (50%) şirkəti tərəfindən yaradılıb. «AzEuroTel» şirkəti Britaniyanın «GRT Ltd.» şirkətinin «System X» texnologiyası əsasında qurulan müasir rəqəmli 492/497/437 ATS-lərin operatorudur. Şirkət Azərbaycanda ilk dəfə İP-telefoniya, Triple Play və WiMax xidmətlərini tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR