Bank Of Baku

Azərbaycanda IPI may ayında kəskin artıb

Azərbaycanda IPI may ayında kəskin artıb
# 18 iyun 2009 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production İndex – IPI) 2009-cu ilin may ayında 131,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin aprel ayında indeks 92,9%-ə bərabər olub.

Qeyd edək ki, IPI hesabat ayında istehsal olunmuş sənaye məhsulunun pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Yəni, indeks may ayında istehsal edilmiş məhsulun dəyərinin (1 835,2 mln. manat) apreldəki istehsalın dəyərinə (1 399,9 mln. manat) bölünməsi yolu hesablanır.

May ayında qeyri-neft sektoru üzrə IPI 131,9% təşkil edib ki, bu da aprel ayının göstəricisindən nəzərə çarpan dərəcədə çoxdur. Belə ki, apreldə həmin indeks 79,7%-ə bərabər olub.

Beləliklə, aprel ayında (martla müqayisədə) sənayə istehsalının azalmasından sonra mayda bu makroiqtisadi göstəricinin artması müşahidə olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-may aylarında ölkə sənayesində 7 412,5 mln. manat həcmində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR