Bank Of Baku

«AzSığorta» şirkəti mənfəətini 30% artırıb

«AzSığorta» şirkəti mənfəətini 30% artırıb
# 18 iyun 2009 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2009-cu ilin yanvar-may aylarında daxilolmalarının həcmi 4, 677 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 22,3% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, bu ilin yanvar-may aylarında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 1,590 mln. manat olub ki, bu da ötən ilin ilk 5 ayı ilə müqayisədə 3 dəfə çoxdur.

Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,326 mln. manat), «Yüklərin sığortası» (1,061 mln. manat), «Avtomobillərin KASKO sığortası» (608,045 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (262,687 min manat) və «Kreditlərin sığortası» (196,593 min manat) növləri üzrə toplanıb. Bu sığorta növlərinin məcmu daxilolmalarda payı müvafiq olaraq 28,4%, 22,7%, 13,0%, 5,6% və 4,2% təşkil edib.

X.Məmmədxanlının sözlərinə görə, yanvar-may aylarında şirkətin mənfəəti təxminən 1,5 mln. manat təşkil edib ki, bu da 2008-ci lilin yanvar-may aylarında əldə edilən mənfəətə nisbətən 30% çoxdur.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR