Bank Of Baku

«Standard&Poor’s»: Azərbaycan banklarında risklərin idarə edilməsi zəifdir

«Standard&Poor’s»: Azərbaycan banklarında risklərin idarə edilməsi zəifdir
# 18 iyun 2009 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların ən ciddi problemlərindən biri biznesin sürətli artması və əməliyyat mühitinin pisləşməsi fonunda risklərin idarə edilməsi proseduralarının işlənib hazırlanması ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bu barədə «Standard&Poor’s» beynəlxalq reytinq agentliyinin Azərbaycan bank sisteminə dair hazırladığı hesabatda deyilir.

Hesabata əsasən, ümumilikdə Azərbaycanda risk-menecmentin və korporativ idarəetmə proseduraları zəifdir və yalnız ilkin inkişaf mərhələlərindədir. Agentliyin ekspertləri hesab edirlər ki, bir çox bank rəhbərlikyinin hökumət məmurları və ya dövlət müəssisələrinin rəhbərləri ilə əlaqələri nəticəsində siyasi təsir amili mövcuddur. Yalnız bir neçə bank risk-menecment sistemlərinin inkişaf etdirilməsinə hazırlıq göstərib ki, bura ilk növbədə xarici kapitalın iştirakı ilə yaradılan banklar aiddir.

«Standard&Poor’s»un analatiklərinin fikrincə, sərmayələrin artması və rəhbərliyin vəziyyəti düzəltmək niyyətinə baxmayaraq, Azərbaycanda risk-menecmentin tətbiqi hələ də beynəlxalq standartlara cavab vermir.

Ümumilikdə, «Standard&Poor’s» Azərbaycan banklarının öz maliyyə və kommersiya göstəricilərini əhəmiyyətli dərəcədə pisləşmədən əməliyyat mühitində dəyişikliklərə adaptasiya üçün çevikliyi nisbət aşağı səviyyədə qiymətləndirir. Eyni zamanda bildirilir ki, Azərbaycan bank sistemi MDB-nin digər ölkələri ilə müqayisədə dünya bazarlarında iqtisadi sarsıntılara bu günə kimi daha yüksək davamlılıq nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR