Bank Of Baku

Azərbaycanda may ayında RSI indeksi kəskin artıb

Azərbaycanda may ayında RSI indeksi kəskin artıb
# 19 iyun 2009 07:56 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprel ayında 87,9%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin may ayında kəskin artmasından xəbər verir.

RSI ay ərzində iaşə müəssisələri daxil olmaqla satılmış malların ümumi dəyərinin əvvəlki ayın eyni həcminə bölünərək faizlə ifadə olunan göstəricidir. Belə ki, cari ilin may ayında ümumi pərakəndə dövriyyəsi 943,8 mln. manat (illik artım 8,6%), aprel ayında 864,4 mln. manat (2,7%), mart ayında isə 983,9 mln. manat (10,4%) təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin mayında RSI 106,6%, apreldə isə 98,2% təşkil edib, bu da həmin indeksə müəyyən dərəcədə mövsümi amillərin təsirinin olduğunu göstərir.

Dünya praktikasında RSI pərakəndə ticarət sahəsində dövriyyə həcmlərinin dinamikasını əks etdirir. Qeyd edək ki, pərakəndə ticarətin həcmi istehlak xərcləri göstəricilərindən biridir və buna görə təmin edilmiş istehlakçı tələbatını və istehlakçıların etimadı indikatoru kimi qəbul olunur. Həmin indikator digər makroiqtisadi göstəricilərlə yanaşı istehlak tələbatı göstəricisi ilə qiymətləndirilən iqtisadiyyatlarda çox vacib rol oynayır, çünki pərakəndə ticarətin artması təmin olunmuş tələbatın yüksəlməsini, o da bir tərəfdən əhalinin sərəncamında olan gəlirlərin artmasını, digər tərəfdən isə istehsalatın və idxalın artma potensialını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR