Bank Of Baku

«UniBank» xaricdən irihəcmli kredit cəlb edir

«UniBank» xaricdən irihəcmli kredit cəlb edir
# 19 iyun 2009 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) ilə təxminən 83 mln. ABŞ dolları dəyərində saziş paketinin imzalanmasına dair qərar qəbul edib. Sənədin artıq iyun ayının sonunadək imzalanacağı gözlənilir.

«UniBank»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, AYİB tərəfindən Almaniyanın DEG İnvestisiya Korporasiyası, Niderlandın FMO şirkəti və Avstriyanın «OeEB» bankı ilə birgə ayrılan vəsaitlər Azərbaycan iqtisadiyyatının real sektorunun kreditləşdirilməsi sahəsində «UniBank»ın imkanlarının genişləndirilməsinə sərf olunacaq.

Qeyd edək ki, ayrılan vəsaitlərdə AYİB-in payı 42,7 mln. dollar, DEG, FMO və «OeEB»in payları müvafiq olaraq 14,8 mln. dollar, 15 mln. dollar və 10 mln. dollar təşkil edir. Bu vəsaitlərin bir hissəsi «UniBank»ın xarici səhmdarları tərəfindən bankın səhmdar kapitalına sərmayə qismində artıq rəsmiləşdirilib.

Qeyd edək ki, «UniBank» SKB-nin nizamnamə kapitalı 30 mln. manat təşkil edir, məcmu kapitalı isə 75,5 mln. manatdan artıqdır. Cari ilin iyun ayının 1-nə «UniBank»ın aktivləri 366,7 mln. manatdan artıq olub, kredit portfeli isə 267 mln. manat təşkil edib. Bankın xarici səhmdarlarına AYİB (15,15%) və DEG İnvestisiya Korporasiyası (8,33%) aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR