Bank Of Baku

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib

«Bank Standard» SMS-məlumatlandırma xidmətini istifadəyə verib
# 19 iyun 2009 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) SMS-məlumatlandırma xidmətini istifadəyə verib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət sayəsində müştərilər öz kart hesablarındakı bütün dəyişikliklər barədə operativ şəkildə xəbərdar ola biləcək.

«Bank Standard» tərəfindən tətbiq olunmağa başlayan SMS-məlumatlandırma xidmətinə qoşulan müştərinin kart hesabındakı hər hansı dəyişiklik barədə onun mobil telefonuna ismarıc formasında məlumat daxil olacaq. Bu xidmət «Azercell» mobil operatorunun abonenti olan bütün «Bank Standard» müştərilərinə göstərilə bilər.

Müştərinin bank kartı ilə aparılan hər hansı əməliyyat barədə məlumat yerindən və vaxtından asılı olmadan dərhal onun mobil telefonuna göndərilir.

Xidmәtә «Bank Standard»ın istənilən bankomatından qoşulmaq mümkündür. Alınan hər bir SMS-in qiyməti 0,10 manat (22 kontur) təşkil edir.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 539,286 mln. manat, depozit portfeli 153,501 mln. manat, kredit portfeli 383,904 mln. manat, məcmu kapitalı 79,365 mln. manat, nizamnamə kapitalı 65 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR