Bank Of Baku

«YapıKredi Bank Azərbaycan» bu il 15 mln. dollar kredit cəlb edəcək

«YapıKredi Bank Azərbaycan» bu il 15 mln. dollar kredit cəlb edəcək
# 19 iyun 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin 2009-cu il ərzində ümumilikdə 15 mln. ABŞ dolları həcmində subordinasiya olunmuş kredit cəlb etməyi planlaşdırır. Bu kreditin bankın səhmdarları tərəfindən ayrılacağı gözlənilir.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, vəsaitlər bankın korporativ müştərilərinin kreditləşdirilməsinə yönəldiləcək. Artıq vəsaitin ilk yarısı - 7,5 mln. dollar həcmində vəsait yerləşdirilib, qalan hissənin isə iyul ayında yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC, 20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 112,096 mln. manat, depozit portfeli 39,694 mln. manat, kredit portfeli 18,320 mln. manat, məcmu kapitalı 40,017 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,209 mln. manat təşkil edib.

Bankın respublika üzrə 4 filialı, 13 bankomatı və 62 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR