Bank Of Baku

Azərbaycana daxil olan cari transfertlər üzrə müsbət saldo azalır

Azərbaycana daxil olan cari transfertlər üzrə müsbət saldo azalır
# 19 iyun 2009 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin I rübü üzrə tədiyyə balansında əks olunmuş cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 402,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 70,7%-i ölkəyə istiqamətlənən daxilolmaların payına düşür.

Belə ki, xarici ölkələrdən daxil olan pul baratları, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri 284,8 mln. dolları ötüb. Daxil olan vəsaitlərin 94,4%-i fiziki şəxslərin pul baratlarının payına düşür. Keçən ilin müvafiq dövrünə nisbətən bu göstərici 11,8% azalaraq 268,9 mln. dollar təşkil edib. Mərkəzi Bankın mütəxəssislərinin fikrincə, bu azalmanın əsas səbəbi dünya maliyyə böhranı ilə bağlı Rusiyadan daha az vəsaitin Azərbaycana göndərilməsi ilə bağlıdır. Belə ki, ötən ilin müvafiq dövründə Rusiyadan 161,5 mln. dollar daxil olduğu halda, hesabat dövründə analoji daxilolmalar cəmi 109,9 mln. dollar təşkil edib.

Bununla yanaşı bildirilir ki, cari transfertlər üzrə ümumi daxilolmaların 2,2%-ni ölkəyə gətirilən humanitar idxal malları, 3,4%-ni isə digər daxilolmalar təşkil edib.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 167 mln. dollar olub ki, bu da ötən ilin I rübü ilə müqayisədə 28,1% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR