Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu kəskin azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu kəskin azalıb
# 19 iyun 2009 12:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin I rübü üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 483 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 348,6 mln dolları və ya 72,2%-i Azərbaycandan aparılan ödənişlərin payına düşür.

Bu məbləğin əsas hissəsini (126,7 mln. dollar) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xarici investorlarının payına düşən gəlirlərinin xam neft şəklində repatriasiyası, qeyri-rezidentlərə ödənilən əmək haqları (28,8 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (67,1 mln. dollar) təşkil edib.

Gəlirlərlə bağlı ölkəyə daxil olunan vəsaitlərin həcmi 134,3 mln. dollara bərabər olub. Bunun 92,9 mln. dolları Dövlət Neft Fondu, 11,9 mln. dolları Mərkəzi Bankın sərəncamında olan xarici valyuta ehtiyatları və 2,8 mln. dolları bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlərin payına düşür.

Beləliklə, 2009-cu ilin birinci rübündə gəlirlər üzrə tədiyyə balansında 214,3 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR