Bank Of Baku

Azərbaycanda mal ehtiyatları indeksi azalıb

Azərbaycanda mal ehtiyatları indeksi azalıb
# 19 iyun 2009 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın sənaye istehsalında mal ehtiyatları indeksi 2009-cu ilin iyunun 1-nə mənfi 1,4% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, indeksin may ayında azalması müşahidə olunub. Belə ki, mayın 1-nə mal ehtiyatları indeksi müsbət 7,8%-ə bərabər olub.

Qeyd edək ki, həmin indeksin artması, hətta olun müsbət rəqəmlə ifadə olunması mal ehtiyatlarının artmasını göstərir. Bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi qiymətləndirilir, çünki son istehlakın azalmasını əks etdirir.

Azərbaycanda istehsal edilmiş sənaye məhsulunun anbarlarda yığılmış qalığı 2009-cu il iyunun 1-nə 220 mln. manat təşkil edib ki, bu da mayın 1-i ilə müqayisədə 3,2 mln. manat azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR