Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti hüquqi statusunu dəyişib

Azərbaycanın daha bir sığorta şirkəti hüquqi statusunu dəyişib
# 19 iyun 2009 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, artıq BSŞ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) formasından ACS-yə çevrilməklə bağlı bütün qayda və proseduralardan keçərək yekun sənədi nazirliyə təqdim edib. Bununla da ASC-yə çevrilən sığorta şirkətlərinin ümumi sayı 27-yə çatıb.

M.Abdullayev bildirib ki, sığorta şirkətlərindən QSC formasında hazırda yalnız «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti fəaliyyət göstərir. Adı çəkilən bu şirkətin statusunun dəyişməməsinin səbəbi isə şirkətin səhmdar kapitalında dövlət payının olması, eyni zamanda bunun üçün müəyyən prosedura qaydalarından keçməsi zərurəti ilə bağlıdır: «Bu şirkət də öz növbəsində ASC-yə çevriləcək, lakin bunun üçün müəyyən vaxt lazımdır».

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ACS-yə çevrilməsi ötən ilin mart ayının 15-də qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə əsaslanır.

Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR