Bank Of Baku

Bakıda “Qlobal maliyyə böhranı şəraitində banklarda risklərin idarə edilməsi” mövzusunda bir günlük forum keçirilir

Bakıda “Qlobal maliyyə böhranı şəraitində banklarda risklərin idarə edilməsi” mövzusunda bir günlük forum keçirilir
# 20 iyun 2009 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Bu gün Bakıda Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə «Qlobal maliyyə böhranı şəraitində banklarda risklərin idarə edilməsi» mövzusunda bir günlük forum keçirilib.

«APA-Economics»in məlumatına görə, forumda AMB-nin məsul nümayəndələri, Azərbaycanın kommersiya banklarının Müşahidə Şuralarının, İdarə Heyətlərinin və Audit Komitələrinin sədrləri və üzvləri, həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı ofisinin, Risk Peşəkarlarının Beynəlxalq Assosiasiyasının, İsveçrənin «FRSQlobal» Şirkətinin, Beynəlxalq Maliyyə Korporasiyasının «Azərbaycanda korporativ idarəetmə» layihəsinin, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin sözlərinə görə, forumun təşkil edilməsində əsas məqsədi qlobal maliyyə böhranının Azərbaycan banklarında yaratdığı problemləri müzakirə etməkdir. Bu forumda tənzimləyici orqanla bazar strukturunun qeyri-rəsmi formada diskussiyasını təşkil edilib. “Bu tədbirdə bankların tənzimləyici orqanı kimi Mərkəzi bank və bizim təşkilat iştirak edir. Qeyd etdiyim kimi əsas məqsəd problemləri birgə müzakirə etmək, həm Mərkəzi Bank, həm də Bank Tədris Mərkəzi üçün bu problemlərin həllində bankların rolunu müəyyənləşdirməkdir”.

Tədbirdə beynəlxalq təşkilatlar və yerli bank kredit təşkilatlarının nümayəndələri qlobal maliyyə böhranın səbəbləri, onun dünya iqtisadiyyatına vurduğu zərərlərlə bağlı geniş təqdimatlarla çıxış ediblər. Xatırladaq ki, tədbirin ikinci hissəsi qapalı şəraitdə davam etdirilir. Tədbirin ikinci hissəsində AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucovun sözügedən mövzu ilə bağlı geniş məruzəsi dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR