Bank Of Baku

Azərbaycandakı kommersiya bankları üçün mərkəzləşdirilmiş kreditin maksimum müddət və şərtlərini Mərkəzi Bank müəyyənləşdirəcək

Azərbaycandakı kommersiya bankları üçün mərkəzləşdirilmiş kreditin maksimum müddət və şərtlərini Mərkəzi Bank müəyyənləşdirəcək
# 20 iyun 2009 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda “Banklar haqqında” yeni qanun layihəsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə fəaliyyət göstərən yerli banklara ayrılan mərkəzləşdirilmiş kreditin müddəti AMB tərəfindən müəyyənləşdiriləcək.

APA-Economics”in məlumatına görə, bunu AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, AMB-nin banklara verdiyi mərkəzləşdirilmiş kreditin müddətini altı ay, sonradan isə daha altı ay uzatmaq imkanı vardı. Lakin, yeni qanunvericiliyə edilən dəyişikliklərə görə, müddət və kreditlərin verilməsi şərtlərinin müəyyən olunması səlahiyyətləri AMB-yə verilib. Bununla da banklara verilən kreditlərə konkret müddət qoyulmayıb: “Bunun əsas səbəbi isə indiki vəziyyətdə bazara daha çevik reaksiya verməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR