Bank Of Baku

Cavanşir Abdullayev: “Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artmağa doğru gedir”

Cavanşir Abdullayev: “Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artmağa doğru gedir”
# 20 iyun 2009 11:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi artmağa doğru gedir və bu proses artıq ötən ilin oktyabr ayından başlayıb.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Сavanşir Abdullayev bildirib.

Onun sözlərinə görə, beynəlxalq qurumların verdiyi proqnozlara görə, qlobal maliyyə böhranı hələ davam etməkdədir. Bu da o deməkdir ki, Azərbaycan banklarındakı problemli kreditlərin çəkisi artmağa doğru gedəcək.

C. Abdullayev bildirib ki, ötən illə müqayisədə geri qaytarılmayan kreditlər ümumi kreditlərin 2 faizini təşkil edirdisə, artıq bu rəqəm ilin əvvəlindən indiyədək 3 faizi ötüb. “Hazırda 200 milyondan artıq problemli kreditlər yaranıb. Bu o demək deyil ki, kreditlərin hamısı qayıtmayacaq. Bu gün daşınmaz əmlak, tikinti materialları bazarı, bahalı elektrotexnika məhsulları, avtomobil bazarı və digər sektorlarda tənəzzül hiss olunur. Bu bazarlarda olan tənəzzül sözsüz ki, bazar iştirakçılarına verilən kreditlərin geri qaytarılmasında problem yaradır. Bu problemlər həm birbaşa, həm də dolayı yollarla baş verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR