Bank Of Baku

Azərbaycan hökuməti «İcbari sığorta haqqında» yeni qanun layihəsi hazırlayıb

Azərbaycan hökuməti «İcbari sığorta haqqında» yeni qanun layihəsi hazırlayıb
# 22 iyun 2009 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «İcbari sığorta haqqında» yeni qanun layihəsi artıq Azərbaycan hökumətə təqdim olunub və hazırda sənəd müvafiq qurumlarla razılaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, yeni qanun layihəsində əsas prinsip icbari sığorta sahəsində sosial bərabərliyin qorunub saxlanılmasıdır. Bundan başqa, əvvəlki qanundan fərqli olaraq, yeni sənəddə bir sıra əlavə və dəyişikliklilər mövcuddur. Belə ki, layihədə «Nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta ödənişlərinin məbləğinin artırılması nəzərdə tutulub. Həmçinin, qanuna «İşəgötürənin mülki məsuliyyətinin icbari sığortası» və «Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin əmlakının mülki məsuliyyətinin icbari sığortası» növləri əlavə edilib.

Xatırladaq ki, mövcud qanuna əsasən, Azərbaycanda 10 icbari sığorta növü mövcuddur. Bu, «Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası», «Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş ölüm hadisələrinin dövlət icbari sığortası», «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası», «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası», «İcbari ekoloji sığorta», «Dövlət qulluqçularının icbari sığortası», «Sərnişinlərin icbari sığortası», «Yanğından icbari sığorta» və «Auditorların mülki məsuliyyətinin icbari sığortası» daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR