Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Bank sistemində vəziyyət stabilləşib

Azərbaycan Mərkəzi Bankı: Bank sistemində vəziyyət stabilləşib
# 22 iyun 2009 07:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel-may aylarında ölkədə əhalinin əmanət bazası üzrə 2%-lik artım müşahidə olunub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, bu ilin birinci rübü ərzində bank sektorunda müəyyən göstəricilərdə azalma hiss olunurdu: «Yəni, bu sektorun artım templəri nisbətən səngimişdi. Lakin, son iki ay ərzində (aprel-may) vəziyyətin stabilləşməsi və artım meylləri qeydə alınıb. Artıq aprel-may aylarında əmanət bazası üzrə 2%-dən çox artım müşahidə olunub ki, bu da çox bir müsbət göstəricidir».

R.Orucov əlavə edib ki, artıq bütövlükdə bank sistemi üzrə vəziyyətin stabilləşməsi və müsbət meyllərin bərpasını vurğulamaq mümkündür.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən əmanətlərin həcmi bu ilin may ayının 1-nə 1 865,8 mln. manat təşkil edib. Bunun 1 174,7 mln. manatı xarici valyuta, 691,1 mln. manatı isə manatla yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR