Bank Of Baku

«Bank Respublika» yeni regional filial açıb

«Bank Respublika» yeni regional filial açıb
# 22 iyun 2009 07:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) İmişlidə filial açıb. Bununla da bankın respublika üzrə xidmət şəbəkəsinin sayı 33 vahidə çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial İmişli rayonu, H.Əliyev pr-ti,138A ünvanında yerləşir.

Bu filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri, o cümlədən hesablaşma-kassa hesabı, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, qızıl külçələrin satışı, mobil rabitə ödənişi və digər bank xidmətləri göstərir.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın kapitalında «25%+1 səhm» iştirak payı alıb.

Cari ilin may ayının 1-nə bankın məcmu kapitalı 57 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR