Bank Of Baku

Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 22% artıb

Azərbaycanda çalışan işçilərin orta aylıq əmək haqqı 22% artıb
# 22 iyun 2009 07:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 296,5 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub.

Cari ilin yanvar-aprel aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 4,4 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsi, habelə emal sənayesində çalışan işçilər alıb.

Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 162,4 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 271,3 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR