Bank Of Baku

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 2 dəfə azalıb

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 2 dəfə azalıb
# 22 iyun 2009 07:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin birinci rübü üzrə tədiyyə balansında xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 1 021,1 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»in verilən məlumata görə, bunun 644,7 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 376,4 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür. Beləliklə, xidmətlər balansının saldosu mənfi 268,3 mln. dollara bərabər olub ki, bu da ötən ilin birinci rübü (508 mln. dollar) ilə müqayisədə 1,9 dəfə azdır.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 26,6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 271,9 mln. dollara bərabər olan nəqliyyat xidmətlərinin 41,9%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Öz növbəsində, Azərbaycan rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 158,1 mln. dollar təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 78 mln. dollar məbləğində qiymətləndirilir. Mərkəzi Bankın hesablamalarına görə, bunun 41,5%-i qeyri-rezidentlərin Azərbaycana səfərləri ilə bağlı olub. Öz növbəsində, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 79,2 mln. dollar təşkil edib. Bunun 90,9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri xərclərin payına düşür.

Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlərlə əmtəə və xidmətlər üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz bəndi artaraq 16,8%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR