Bank Of Baku

Azərbaycanda pərakəndə ticarətdə mal qalığı indeksi artıb

Azərbaycanda pərakəndə ticarətdə mal qalığı indeksi artıb
# 22 iyun 2009 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın pərakəndə ticarət şəbəkəsində məcmu mal ehtiyatları (qalığı) indeksi yanvar-may ayları üzrə 106% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks aprel ayı ilə müqayisədə 6,3 faiz bəndi artıb.

Xatırladaq ki, mal qalığı indeksi apreldə 99,7%, martda isə 92,3% təşkil edib. Mal qalığı indeksi mal qalıqlarının hesabat ayının yekunlarına görə qeydə alınmış həcmin əvvəlki ayın yekun həcminə nisbəti kimi qiymətləndirilir. Həmin indeksin artması pərakəndə ticarət şəbəkəsi vasitəsi ilə dövriyyənin dinamikasını qiymətləndirməyə imkan verən makroiqtisadi göstəricidir. Lakin eyni zamanda, onun dəyişməsi əsasən iki amildən asılıdır. Belə ki, indeksin artması bir tərəfdən ticarətin azalması, digər tərəfdən pərakəndə şəbəkəsində dövriyyə artımı ilə əlaqədar ola bilər. Bu səbəbdən, indeksin dinamikasını qiymətləndirmək üçün ümumi pərakəndə dövriyyəsinin dinamikası da nəzərə alınmalıdır.

Pərakəndə əmtəə dövriyyəsi Azərbaycanda 2009-cu ilin mayında 943,8 mln. manat, apreldə 864,4 mln. manat, martda isə 983,9 mln. manat təşkil edib. Beləliklə, may ayında əvvəlki ayla müqayisədə pərakəndə ticarətin həcminin artması baş verib ki, bu da mal qalığı indeksinin artmasında ticarətin azalması kimi amilin olmadığını, əksinə, pərakəndə ticarət obyektləri tərəfindən ümumi dövriyyənin artımı ilə əlaqəli olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR