Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır
# 22 iyun 2009 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda nizamnamə kapitalını 56,3% artıraraq 20 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlov bildirib.

H.Bədəlovun sözlərinə görə, artıq kapitalın artırılması ilə bağlı səhmdarlar tərəfindən ilkin qərar qəbul olunub. Bakın səhmdarlarının yaxın günlərdə keçiriləcək iclasında bu məsələ təsdiqini tapacaq və bununla da bankın səhmdar kapitalı 20 mln. manata çatdırılacaq.

H.Bədəlov onu da bildirib ki, kapitalın artırılması bankın ötən illər ərzində əldə etdiyi mənfəət hesabına deyil, səhmdarlar tərəfindən əlavə kapital qoyuluşu hesabına həyata keçiriləcək.

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,373 mln. manat, depozit portfeli 22,272 mln. manat, kredit portfeli 35,134 mln. manat, məcmu kapitalı 17,082 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 7 filialı, 21 bankomatı və 199 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR