Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir

«YapıKredi Bank Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 22 iyun 2009 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il ərzində Bakı şəhərində filial şəbəkəsini genişləndirilmək niyyətindədir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialların paytaxtın Əhmədli qəsəbəsində və şəhərin mərkəzində, Nizami küçəsində açılması nəzərdə tutulub. Hazırda isə bankın Bakıda üç, Gəncədə bir filialı fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 112,096 mln. manat, depozit portfeli 39,694 mln. manat, kredit portfeli 18,320 mln. manat, məcmu kapitalı 40,017 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,209 mln. manat təşkil edib.

Bankın respublika üzrə 4 filialı, 13 bankomatı və 62 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR