«Doing Business-2010» hesabatının müəllifi Svetlana Baqautdinova: «Ümid edirəm ki, Azərbaycan gələn ilki reytinqində daha yüksək yer tutacaq»
«APA-Economics»in məlumatına görə, videokonfransa DB-nın Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandakı ofisləri də qoşulmuşdur. Tədbirdə DB-nın Moskva ofisindən onlayn rejimdə qoşulan «Doing Business-2010» hesabatının müəllifi xanım Svetlana Baqautdinova regiondakı ölkələrə verilmiş reytinq, biznes üçün ən əlverişli ölkələr və son illər ərzində daha çox islahat aparmış ölkələr haqqında məlumat verib. Müəllif qeyd edib ki, yeni hesabatda metodologiya dəyişikliyi, iki yeni ölkənin (Kipr və Kosovo) əlavə olunması və s. amillər reytinqdə yer almış ölkələrin yerini bir qədər dəyişib.
Azərbaycana gəldikdə isə S.Baqautdinova bildirib ki, ölkə hesabat siyahısında regionda aparıcı yerlərin birində qərarlaşıb ki, buna da əsasən xarici ticarət aparma sahəsində həyata keçirilən islahatlar (gömrükdə «bir pəncərə») səbəb olub: «Azərbaycan bu sahədə artıq 3-4 ildir islahatlar aparır. Bunun nəticəsində gömrük məntəqələrində tam kompüterləşmə aparılıb, idxal-ixrac əməliyyatlarının müddəti 6 günədək endirilib, həmçinin burada vəsait xərcləri də aşağı salınıb».
Bundan başqa, S.Baqautdinova qeyd edib ki, Azərbaycanın reytinqdə aparıcı yerlərdə olmasına həmçinin kredit bazarına çıxış sahəsində aparılan islahatlar da səbəb olub: «Ümid edirəm ki, Azərbaycan islahatların həyata keçirilməsini davam etdirəcək və gələn ilki hesabatın reytinqində daha yüksək yerdə qərarlaşacaq».
Qeyd edək ki, «Doing Business-2010» hesabatında Azərbaycan 5 pillə geriləyib. Əgər 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan hesabatın araşdırdığı 10 sahənin 7-də islahatlar həyata keçirmişdirsə və «Doing Business-2009» hesabatında sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində ən böyük yüksəliş əldə edərək 97-ci yerdən 33-cü yerə yüksəlmişdirsə, artıq «Doing Business-2010» hesabatında ölkəmiz 38-ci yerdə qərarlaşıb.
Bundan başqa, 2010-cu ilin hesabatında Azərbaycan yeni müəssisələrin təsis edilməsi indikatoruna görə 17-ci yeri (ötən il - 13-cü yer), tikinti üçün icazələrin verilməsinə görə 158-ci yeri (155), işə qəbul indikatoruna görə 33-cü yeri (15), əmlakın qeydiyyatı indikatoruna görə 9-cu yeri (9), kreditlərin alınması aspekti üzrə 15-ci yeri (12), investorların hüquq və maraqlarının qorunması üzrə 20-ci yeri (18), vergi ödənişi indikatoruna görə 108-ci yeri (102), gömrük rəsmiləşdirilməsi üzrə 177-ci yeri (174), müqavilələrin icrasının təmin edilməsi aspektinə görə 26-cı yeri (26), biznesin bağlanması indikatoruna görə isə 84-cü yeri (81) tutub. Göründüyü kimi, əksər parametrlər üzrə Azərbaycanın mövqeyi zəifləyib.
Qeyd edək ki, qiymətləndirmədə makroiqtisadi siyasət, infrastrukturun keyfiyyəti, valyutanın sabitliyi, investor cəlbediciliyi və cinayətkarlıq səviyyəsi kimi aspektlər əks olunmayıb.
Xatırladaq ki, «Doing Business»in 183 ölkə üzrə göstəriciləri biznes üçün tələb olunan xərcləri göstərir və 10 region üzrə tənzimləyici mühiti müqayisə edir. Bu da siyasəti müəyyən edən orqanlara dünyada olan qabaqcıl təcrübəni öyrənməyə və prioritet islahatları müəyyənləşdirməyə kömək edir.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO
Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib
Baş nazir Ünal Üstel: Azərbaycan, Türkiyə və Şimali Kiprin həmrəyliyi Türk dünyasının birliyinin mühüm nümunəsidir
Nazir: Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir
Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
Hindistan ordusunun təyyarəsi qəzaya uğrayıb, 5 hərbçi ölüb - VİDEO - YENİLƏNİB
Əmək Müfəttişliyi azad edilmiş ərazilərdə maarifləndirmə tədbirləri keçirib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Sabahın hava proqnozu açıqlanıb
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Bakıda "Son zəng" - FOTOLENT
Prezident İlham Əliyev Britaniya Kralına təbrik ünvanlayıb
Nazir: Tam orta təhsil modelində müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur
İranda edama məhkum edilmiş 139 nəfər əfv edilib
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalınıb - FOTO
Emin Əmrullayev: Uşaqlar "Son zəng"i necə görmək istəyirlərsə, elə də keçirməlidirlər
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Nazir: Azad edilmiş ərazilərdə 25 məktəbdə "Son zəng" tədbirləri keçirilir, 171 şagird məzun olur
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirib
Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
AZAL Bakıdan Naxçıvana uçuşları bərpa edib - YENİLƏNİB
Azərbaycan nefti ucuzlaşıb
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
İcraçı direktor: Azərbaycanda donorların sayı artır, qana olan tələbat ödənilir
Ötən gün 47 kiloqramdan artıq narkotik aşkarlanıb
Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
Bu gün Azərbaycanda “Son zəng”dir
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
Şəmkirdə qəzada ölən sürücünün kimliyi məlum olub - YENİLƏNİB
İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib