Bank Of Baku

Azərbaycanda bankların mənfi xalis xarici aktivləri kəskin azalıb

Azərbaycanda bankların mənfi xalis xarici aktivləri kəskin azalıb
# 11 sentyabr 2009 10:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivlərinin həcmi 2009-cu ilin avqust ayının 1-nə mənfi 482,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici iyul ayında kəskin azalıb. Belə ki, iyulun 1-nə xalis xarici aktivlər mənfi 827,2 mln. manata bərabər olub. Nəticədə, mənfi olan xalis xarici aktivlərin həcmi 14 aylıq maksimuma çatıb.

Qeyd edək ki, ötən ilin avqustun 1-nə xalis xarici aktivlər mənfi 825,3 mln. manata, cari ilin əvvəlində isə mənfi 1 076,6 mln. manata bərabər olub.

Xalis xarici aktivlərin iyulda müşahidə olunan yüksəlməsi əsasən bankların məcmu xarici aktivlərin artımı nəticəsində baş verib. Belə ki, bu göstərici iyulda 335,8 mln. manat və ya 30,8% artaraq 1 424,6 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövründə 896,9 mln. manat, cari ilin əvvəlində isə 1 179,7 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR