Bank Of Baku

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi 26% artıb

Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi 26% artıb
# 14 sentyabr 2009 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın korporativ qiymətli kağızlar bazarında ötən ilin analoji dövrü ilə müqayisədə 26%-lik artım müşahidə olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əqdlərin sayının 39,1% azalmasına baxmayaraq, korporativ qiymətli kağızların həcmi 26% artaraq 302 956 185 manata çatıb. İlkin bazarın payına 129 020 247 manat, təkrar bazarın payına isə 34 836 005 manat düşüb. Korporativ səhmlər üzrə birjadankənar keçirilən əqdlərin sayı 8,7 dəfə, həcmi isə 33% azalıb.

Korporativ istiqrazlara gəldikdə isə, cari ilin yanvar-avqust aylarında korporativ istiqrazlar üzrə qeydə alınan əqdlərin həcmi 55% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR